5 gündə Bakı avtovağzalından 70 min sərnişin daşınıb
"Onu da qeyd edək ki, ən çox sərnişin sıxlığı 29 dekabr tarixində müşahidə olunub. Həmin gün ərzində 17 minə yaxın sərnişin yola salınıb. 31 dekabrda isə digər günlərə nisbətən sərnişin sıxlığı az olub.
Qiymətlərin daşıyıcı şirkətlər tərəfindən süni şəkildə artırılmasının qarşısını almaq, eləcə də kassaların fəaliyyətinə və bilet satışına nəzarət etmək üçün yaradılan xüsusi qiymət komissiyası heç bir süni qiymət artımı aşkarlamayıb. Bayram günlərində BBAK-ın məlumat mərkəzinə, eləcə də “Facebook” səhifəsinə gələn suallar mütəmadi cavablandırılıb və gedişlə bağlı heç bir şikayət daxil olmayıb".
Aytən Zəhra
Azvision.az
Teqlər: Avtovağzal Sərnişin