Ceyhun Bayramov əmr imzalayıb

   Ceyhun Bayramov əmr imzalayıb
  03 Yanvar 2019    Oxunub:3893
“20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünün keçirilməsi ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı” təsdiq edilib.
Azvision.az xəbər verir ki, bu barədə təhsil naziri Ceyhun Bayramov əmr imzalayıb.

Təsdiq olunmuş plana əsasən, yanvarın 18-də ölkənin bütün tədris müəssisələrində ilk dərs 20 Yanvar faciəsinə həsr ediləcək və bu mövzuda xüsusi dərslər təşkil olunacaq. Həmçinin, Bakı şəhərində və ölkənin bölgələrində şəhidlərin xatirəsinə ucaldılan abidələrə, şəhidlər xiyabanlarına təhsil işçilərinin, şagird və tələbələrin ziyarəti təşkil ediləcək.

Əmrin icrasına nəzarət nazir müavini Məhəbbət Vəliyevaya həvalə olunub.

Azvision.az


Teqlər: Nazir   Əmr  





Xəbər lenti