Cəlilabad və Qubada ev yanıb

Cəlilabad və Qubada ev yanıb
  02 Yanvar 2019    Oxunub:1582
Cəlilabad və Qubada yanğın hadisəsi baş verib.
Azvision.az -ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Cəlilabad rayonunun Edişə kəndində ümumi sahəsi 145 m² olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin 2 otağının, aynabəndinin və dam örtüyünün yanar konstruksiyaları 120 m² sahədə yanıb.

Evin və dam örtüyünün qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Quba rayonunun İkinci Nügədi kəndində ümumi sahəsi 30 m² olan birmərtəbəli 1 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları, evə bitişik ümumi sahəsi 50 m² olan tikilinin (avtomobil təmiri sexi kimi fəaliyyət göstərir) lambirdən ibarət tavanı 15 m² sahədə yanıb.

Tikilinin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti