ANAMA dekabrda 202 PHS zərərsizləşdirib
Əməliyyatlarda 478 nəfər əməliyyat heyəti, 135 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it iştirak edir.
İndiyədək cəmi 532,169,188 m² (53,216.92 ha) ərazi təmizlənib, 801,155 ədəd mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilib.
Qeyd olunur ki, dekabr ayı ərzində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) “102” Xidməti-Zəng Mərkəzindən – 11 (on bir), Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən – 9 (doqquz), Dövlət Sərhəd Xidmətindən (DSX) - 3 (üç) və Zaqatala rayon Polis şöbəsindən - 1 (bir) müraciət daxil olub (cəmi çağırış: 24). Müraciətlər əsasında 6,635 m² ərazi təmizlənmiş, 174 ədəd partlamamış hərbi sursat (PHS) aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib.
Azvision.az
Teqlər: ANAMA