Bakı 2019-cu ili atəşfəşanlıqla qarşıladı - FOTOLAR

   Bakı 2019-cu ili atəşfəşanlıqla qarşıladı -  FOTOLAR
  01 Yanvar 2019    Oxunub:3849
2018-ci il sona çatdı. Yola saldığımız il ölkəmizin tarixinə daha bir uğurlu il kimi daxil oldu. Azərbaycan başa çatan bu ildə siyasi və beynəlxalq mövqelərini daha da möhkəmləndirdi, mühüm uğurlar qazandı.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həyatın bütün sahələrində yeni nailiyyətlərə imza atıb, qarşıya qoyulan hədəflərə doğru inamla irəliləyib. Eyni zamanda, dünya azərbaycanlıları həmrəylik nümayiş etdiriblər. 2019-cu ilin ilk dəqiqələrində Dənizkənarı Milli Parkda yaşanan izdiham və möhtəşəm atəşfəşanlıq bunun əyani təzahürü kimi qiymətləndirilə bilər.



Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Dənizkənarı Milli Parkda təşkil olunan bayram atəşfəşanlığını paytaxtın minlərlə sakini izləyib.



Bulvar ərazisində ağacların bayramsayağı bəzədilməsi və işıqlandırılması Dənizkənarı Milli Parka xüsusi gözəllik verirdi. Bu mənzərəni seyr etmək, Yeni ilin sevincini paylaşmaq üçün şəhərimizin küçə və meydanlarına axışan bakılılar və paytaxtımızın qonaqları gündən-günə gözəlləşən, yeni görkəm alan doğma Bakımızın səmasını al-əlvan rənglərə boyayan bayram atəşfəşanlığına böyük maraq və heyranlıqla tamaşa edirdilər.

Köhnə ili xoş ovqatla yola salan xalqımız Yeni ilə yeni arzular, ümidlər və qələbələr sorağı ilə qədəm qoydu.

Qədəmlərin uğurlu olsun, 2019-cu il! (AzərTAc)



Azvision.az



Teqlər: Bakı   Bulvar   Yeni-İl  





Xəbər lenti