Taleh Xasməmmədovun tutulmasının səbəbi açıqlandı

 Taleh Xasməmmədovun tutulmasının səbəbi açıqlandı
  29 Dekabr 2018    Oxunub:2325
Dekabrın 27-də əldə olunmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Nəsimi rayonu, Mircəlal küçəsində yerləşən kafelərin birində Bakı şəhər sakini olan bir nəfəri barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib ondan 1000 manat pul alarkən Göyçay şəhər sakini, əvvəllər məhkum olunmuş Taleh Xasməmmədov saxlanılıb.
DİN-in mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, hüquq müdafiəçisi kimi tanınan T.Xasməmmədov bundan əvvəl də həbs edilib.

Azvision.az



Teqlər: DİN   Həbs  





Xəbər lenti