Konsulluq idarələrinin səlahiyyətləri artırlıb

 Konsulluq idarələrinin səlahiyyətləri artırlıb
  29 Dekabr 2018    Oxunub:2340
Nazirlər Kabineti “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nda dəyişiklik edilməsi haqqında qərar qəbul edib.
Azvision.az xəbər verir ki, Baş nazir Novruz Məmmədovun imzaladığı sənədə əsasən, ölkə hüdudlarından kənarda daimi və müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarından savayı, müvəqqəti ölkə xaricində olan şəxslərin də vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı konsulluq idarələri tərəfindən aparılacaq.

Azvision.az


Teqlər: Novruz-Məmmədov  





Xəbər lenti