Putinin vəkili Polad Bülbüloğluna teleqram göndərdi

Putinin vəkili Polad Bülbüloğluna  teleqram göndərdi
  07 Noyabr 2013    Oxunub:1097
Putinin müvəkilli Rövşən Kazımovla bağlı Polad Bülbüloğluya teleqram göndərib.

AzVision.az xəbər verir ki, Rusiya Federasiyasının prezidenti yanında uşaq hüquqları üzrə müvəkkil Pavel Astaxov 14 yaşlı azərbaycanlı əlil uşaq Rövşən Kazımovun döyülməsi ilə bağlı Azərbaycanın Moskvadakı səfiri Polad Bülbüloğluya teleqram göndərib. Teleqramda deyilir:

"Hörmətli səfir! 1 noyabr 2013-cü il tarixdə Zelenoqrad şəhərində sərxoş vəziyyətdə olan kişi tərəfindən 1999-cu il təvəllüdlü yeniyetmə Rövşən Müzəffər oğlu Kazımovun döyülməsi ilə bağlı dərin təəssüf bildirirəm. İstənilən milliyyətdən və dini inancdan olan uşağa qarşı milli nifrət, təhqir və alçaldılma təzahürlərini yolverilməz sayıram. Bu cür fövqəlada halların qarşısının alınması və günahkarların sərt cəzalandırılması üçün bütün lazımi tədbirləri görmək niyyətindəyəm. Mənim tərəfimdən Moskva meri S.S.Sobyaninə, Rusiya Federasiyasının baş prokuroru Y.Y.Çaykaya, Rusiya Federasiyasının daxili işlər naziri V.A.Kolokoltsevə müvafiq teleqramlar göndərilib. Sözügedən fövqəladə hadisə mənim şəxsi nəzarətim altındadır".


Teqlər:  





Xəbər lenti