Telefon rüsumlarının 30 faizi nazirlik işçilərinə sərf olunacaq

Telefon rüsumlarının 30 faizi nazirlik işçilərinə sərf olunacaq
  28 Dekabr 2018    Oxunub:1672
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.
Azvision.az xəbər verir ki, layihə mobil cihazların qeydiyyatına görə ödənilən dövlət rüsumunun 30%-nin müvafiq nazirliyin mobil cihazların qeydiyyatı sisteminin saxlanılmasına, işçilərin sosial müdafiəsinin və maddi təminatının yaxşılaşdırılmasına yönəldilməsini nəzərdə tutur.

Qeyd edək ki, “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə 12 iyun 2018-ci il tarixli 1187-V QD qanuna əsasən fiziki şəxs tərəfindən şəxsi istehlak üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumu müəyyən edilib və bu rüsumların məbləği mobil cihazların dəyərinə uyğun olaraq Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

Layihə səsverməyə çıxarılaraq qəbul olunub.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Milli-Məclis  





Xəbər lenti