Çirklənmiş ərazilərin xəritəsi hazırlanır

Çirklənmiş ərazilərin xəritəsi hazırlanır
  28 Dekabr 2018    Oxunub:6022
"2019-cu ildə Abşeron yarımadasını və ona yaxın çirklənmiş əraziləri əhatə edən xəritə hazırlanacaq"
Azvision.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aparat rəhbəri Vüqar Kərimov jurnalistlərə açıqlamasında deyib.

ETSN rəsmisi bildirib ki, çirklənmə ərazilərinin qiymətləndirilməsi İtaliya şirkəti ilə birlikdə aparılır: "Neftlə çirklənmiş ərazilərin kadastrı hazırlanacaq. Çirklənmiş ərazilərin lay suları, kimyəvi tullantılar, yoxsa antropogen təsirlərlə bağlı olması araşdırılacaq. Hər bir ərazi üzrə təmizlənmə metodikası müəyyən ediləcək"

Aparat rəhbəri qeyd edib ki, çirklənmiş ərazilərin təmizlənməsini yerli şirkət həyata keçirəcək.

"Şirkət sadəcə bizə təmizlənmə üsullarını təqdim edəcək. 2019-cu ildə proses başlanacaq. Artıq beynəlxalq hava limanı və Yod-brom zavodu ərazisində çirklənmənin müəyyən edilməsi ilə bağlı işlərə başlanılıb. Zavodda işlərin 80 faizi yekunlaşıb. 66 hektar ərazidə təmizləmə işləri aparılıb və park salınıb".

Aytən Zəhra
Azvision.az


Teqlər: ETSN  





Xəbər lenti