Bakı-Gəncə sürət qatarı işə salınır

   Bakı-Gəncə sürət qatarı işə salınır
  28 Dekabr 2018    Oxunub:4948
Yaxın günlərdə Bakı-Gəncə marşrutu üzrə sürət qatarı işə salınacaq.
Azvision.az xəbər verir ki, bu barədə Trend-ə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat veriblər.

“Stadler” şirkətinin istehsalı olan qatar 159 kilometr/saat sürətlə hərəkət edəcək. Sərnişinlər VIP və biznes sinif vaqonlardan istifadə edə biləcəklər. Hər bir vaqon kiçik mətbəx, soyuducu və simsiz internetlə təchiz olunub.

Qeyd edək ki, Bakı ilə Gəncə arasında məsafə avtomobil yolu ilə 372 kilometr təşkil edir.

Azvision.az




Teqlər: Gəncə   Reys  





Xəbər lenti