100-dən çox restoran nazirliyin xəbərdarlığına məhəl qoymayıb

 100-dən çox restoran nazirliyin xəbərdarlığına məhəl qoymayıb
  27 Dekabr 2018    Oxunub:1620
"May ayından bütün ictimai iaşə obyektlərinin sahiblərinə atmosferin çirkləndirilməsinin qarşısının alınması üçün obyektlərdə təmizləyici qurğuların quraşdırılması ilə bağlı xəbərdarlıq bildirişi göndərilib. Təəssüf edirəm ki, ilk xəbərdarlığa əhəmiyyət verilmədi. Ancaq artıq 474 iaşə obyektindən 307-də təmizləyici qurğu quraşdırılıb. Onların 277-nin fəaliyyəti Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş normalar daxilindədir".
Azvision.az xəbər verir ki, bunu “Ekoloji gündəm medianın və ictimaiyyətin baxış prizmasında: ətraf mühit sahəsində görüləcək işlər və təhlillər" mövzusunda QHT və media nümayəndələri ilə keçirilən dialoqda çıxış edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri Vüqar Kərimov deyib.

O bildirib ki, atmosferə atılan tullantılar idarə olunmalıdır: "Biz sahibkarlara müraciət edərək bildiririk ki, bu istiqamətdə aparılan işlər kampaniya xarakterli deyil. Ekologiya və Təbii Sərvətlər Nazirliyi təmizləyici qurğu quraşdırmayan 43 iaşə obyektinin fəaliyyətinin dayandırılması iddiası ilə məhkəməyə müraciət edib. 3 iaşə obyektinin fəaliyyəti dayandırılıb".

V.Kərimov əlavə edib ki, daş karxanalarından atılan tullantılar norma daxilində olmalıdır.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev isə qeyd edib ki, şadlıq saraylarının sahibləri milyonlarla manat xərcləyib obyekt tiksələr də, təmizləyici qurğu quraşdırmaqda maraqlı deyillər.

Aytən Zəhra
Azvision.az



Teqlər: ETSN  





Xəbər lenti