41 nəfər valideynlik hüququndan məhrum edilib

  41 nəfər valideynlik hüququndan məhrum edilib
  27 Dekabr 2018    Oxunub:2072
2018-ci ilin birinci yarısında birinci instansiya məhkəmələrində 13380 işə baxılıb, onlardan 12641-i təmin edilib.

Dövlət Statistika Komitəsindən Azvision.az -ın sorğusuna cavab olaraq bildirilib ki, nikah müqaviləsinin dəyişdirilməsi, pozulması və etibarsız hesab edilməsi üzrə 6727 işə baxılıb, onlardan 6614-ü təmin edilib.
Məhkəmə qaydasında atalığın tanınması faktının müəyyən olunması üzrə 409 işə baxılıb, 396 iddia təmin olunub. Cari ilin birinci yarısında övladlığa götürmə və onun ləğvi üzrə baxılan 244 işdən 225-i təmin olunub. Həmçinin 41 şəxs valideynlik hüquqlarından məhrum edilib, 15 şəxsin isə valideynlik hüquqlarının məhdudlaşdırılması barədə qərar qəbul edilib.

Aytən Zəhra
Azvision.az



Teqlər: Statistika   Məhkəmə  





Xəbər lenti