“Şahdağ”ın yeni rəhbəri: “Qarşımıza iki məqsəd qoymuşuq”

    “Şahdağ”ın yeni rəhbəri:    “Qarşımıza iki məqsəd qoymuşuq”
  26 Dekabr 2018    Oxunub:2742
“Şahdağ” Turizm Mərkəzini inkişaf etdirmək əsas vəzifələrdəndir"
Azvision.az xəbər verir ki, bunu "Şahdağ" Turizm Mərkəzi QSC-nin İdarə Heyətinin yeni sədri Rodderix Mark Leffler deyib.

O bildirib ki, turizm mərkəzini inkişaf etdirmək üçün qarşılarına 2 əsas məqsəd qoyulub. "Birinci məqsədimiz mərkəzi gözəl əyləncə, turizm mərkəzinə çevirməkdir. İkinci məqsədimiz Azərbaycanın bu gözəl hissəsinə daha çox turist cəlb etmək və inkişaf etdirməkdir. Burada bir çox əyləncələrimiz və yeniliklərimiz var. Yaxın vaxtlarda gecə klubu və kinoteatr olacaq. Qeyri-xizək əyləncə xidmətləri genişləndiriləcək".

Rodderix Mark Leffler qeyd edib ki, kompleksə yay mövsümündə turistləri cəlb etmək niyyətindədirlər: "Kompleksin il ərzində fəaliyyət göstərməsini istəyirik. Bununla insanların məşğulluğuna töhfə vermiş olarıq"

Aytən Zəhra
Azvision.az


Teqlər: Şahdağ  





Xəbər lenti