Bakıda sürücüləri çaş-baş salan yol nişanı - FOTO

 Bakıda sürücüləri çaş-baş salan yol nişanı -  FOTO
  26 Dekabr 2018    Oxunub:6038
Paytaxt küçələrindən birində ziddiyyətli yol nişanı quraşdırılıb.
Azvision.az xəbər verir ki, hansı qurum tərəfindən qoyulduğu bilinməyən nişan sürücülər arasında çaşqınlıq yaradıb.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov sosial şəbəkə hesabında nişanın fotosunu paylaşıb. Bildirib ki, qanunvericiliyə əsasən, belə bir yol nişanı mövcud deyil.

"Hazırda ölkəmizdə yol hərəkətinin təşkili üzrə rəsmi səlahiyyəti olan qurumlar (BNA və DYP) belə səhv edə bilməzlər. Orada çalışanlar qanunda hansı nişanlar olduğunu bilirlər. Belə cəfəngiyyata yol verməzlər. Amma mütləq nişanı ora qoyanı tapmaq lazımdır. Maraqlıdır, görək belə özbaşınalıq edən kimdir?" - deyə Ə.Hüseynov yazıb.



Azvision.az


Teqlər: Yol   Nişan  





Xəbər lenti