Vətəndaşlara pulsuz hüquqi yardım göstəriləcək

Vətəndaşlara pulsuz hüquqi yardım göstəriləcək
  25 Dekabr 2018    Oxunub:3056
Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Prezident İlham Əliyevin cari il fevralın 22-də imzaladığı “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncama əsasən, hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslərə ödənişsiz hüquqi xidmətlərin göstərilməsini davam etdirir.
Vəkillər Kollegiyasından Azvision.az -a verilən məlumata görə, silsilə tədbirlər çərçivəsində dekabrın 26-da saat 15:00-dan 17:00-dək bir qrup vəkil tərəfindən Salyan rayonundakı mərkəzi kitabxananın binasında ətraf rayonlarda yaşayan vətəndaşlara ödənişsiz hüquqi yardımın göstərilməsi nəzərdə tutulub.

Xatırladaq ki, dövlətimizin başçısının Sərəncamına əsasən, Vəkillər Kollegiyasına hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlərin göstərilməsini təşkil etmək tövsiyə olunub. Bu tövsiyənin icrası ilə əlaqədar keçirilən tədbirlər respublikanın digər regionlarında da təşkil ediləcək.

Azvision.az



Teqlər: Vəkillər-Kollegiyası   Hüquq  





Xəbər lenti