Muğam Teatrı restoran kimi fəaliyyət göstərəcək - AÇIQLAMA

Muğam Teatrı restoran kimi fəaliyyət göstərəcək - AÇIQLAMA
  06 Noyabr 2013    Oxunub:1342
Rəsmi qurumlar teatrın aqibətindən xəbərsizdir

Dövlət Muğam Teatrının ləğv ediməsi haqqında Nazirlər Kabinetinin qərarından sonra teatrın yerləşdiyi binanın taleyinin necə olacağı sual doğurur.

Mədəniyyət və Turizm Nazirliyi ilə əlaqə saxlayaraq məsələyə aydınlıq gətiməyə çalışdıq. Nazirlikdən konkret olaraq bildirilib ki, teatrın yerləşdiyi bina İçərişəhər Dövlət Tarix- Memarlıq Qoruğu İdarəsinin balansındadır.

Qoruğ mətbuat katibi Rahib Azəri da AzVision.az-a açıqlamasında binanın gələcək aqibətindən xəbərsiz olduqlarını deyib. R.Azərinin sözlərinə görə, Muğam Teatrının binasının hazırda şadlıq sarayı kimi istifadə olunduğunu bildirib.

“Binadan necə istifadə ediləcəyi haqda hər hansı məlumatım yoxdur. Çünki teatr ərazicə bizim balansımzıdadır. Ancaq ora restoran kimi istifadə olunur, o barədə məlumatları həmin şirkətin sahibi verə bilər”-deyə R.Azəri qeyd edib.

Qeyd edək kiBaş nazir Artur Rasizadənin imzaladığı qərara əsasən, Azərbaycan Dövlət Muğam Teatrı 2014-cü il 1 yanvar tarixindən ləğv ediləcək. Ləğv edilmiş teatrın 30 ştat vahidi Beynəlxalq Muğam Mərkəzinə, 25 ştatı isə R.Behbudov adına Dövlət Mahnı Teatrına veriləcək. Baş nazir sözügedən qərarı imzalayarkən, Mədəniyyət və Turizm, Maliyyə nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırılmış təklif nəzərə alıb.

Şəhanə Rəhimli


Teqlər:  





Xəbər lenti