“Qaydaları pozmaq üçün müxtəlif təkliflər edirlər” - AMADA rəhbəri

 “Qaydaları pozmaq üçün müxtəlif təkliflər edirlər” -  AMADA rəhbəri
  25 Dekabr 2018    Oxunub:4322
"Bəzi idmançılar, məşqçilər, federasiyalar tərəfindən hansısa qaydaları pozmaq müqabilində bizə müxtəlif təkliflər ediblər. Bunu təklif edənlər sanksiyalarla üzləşəcəklər".

Azvision.az xəbər verir ki, bunu Milli Antidopinq Agentliyinin rəhbəri Şəfəq Hüseynli 2018-ci il üzrə illik hesabatının təqdimatında deyib. O, bununla əlaqədar federasiyalara, idmançılara müraciət edib.
"Dopinq nəzarətinə maneə törədilir. Antidopinq siyasətini effektiv aparmaq üçün onların köməyi olmalıdır. Federasiyalar siyahıları vaxtında vermirlər. Siyahıları ilin sonunda verirlər. Təlim-məşq toplantısı haqqında siyahıları ilin əvvəlində almalıyıq. İdmançı test edilir, nəticə bəlli olur, qeyd edilir ki, idmançı federasiyanın deyil. Federasiyalar idmançıları gizlədir, dopinq kontrol gələndə idmançını qaçırdırlar. Bu qanuna ziddir, belə davam etdikdə həm idmançılar, həm federasiyalar sanksilayarla üzləşə bilər", - deyə Ş.Hüseynli vurğulayıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: AMADA   Antidopinq  





Xəbər lenti