Qoruq İdarəsinin işçilərinin sayı artdı

  25 Dekabr 2018    Oxunub : 666
Qoruq İdarəsinin işçilərinin sayı artdı
Nazirlər Kabineti “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturunun təsdiq edilməsi və işçilərinin say həddinin müəyyən edilməsi barədə” qərara dəyişikliklər edib.
Azvision.az xəbər verir ki, bu barədə Baş nazir Novruz Məmmədov qərar imzalayıb.

Qərara görə, İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin işçilərinin say həddi 415 ştat vahidindən 430 ştat vahidinə qədər artırılıb. Qərarla habelə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturu” yeni redaksiyada verilib:

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturu:

1. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparatı (şöbələr və sektorlar).

2. “İçərişəhər” Muzey Mərkəzi.

3. Mənzil-kommunal və Təmir Xidməti.

4. Elmi-istehsalat bərpa emalatxanası.

5. Elmi-mədəni Mərkəz.

6. Marionet Teatrı.

7. Tahir Salahovun ev-muzeyi.

8. Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi.

9. Ənənəvi İncəsənət Mərkəzi.

Azvision.az

Teqlər: