Nazirlikdə inzibati xətalarla bağlı 107 işə baxılıb

Nazirlikdə inzibati xətalarla bağlı 107 işə baxılıb
  25 Dekabr 2018    Oxunub:1374
2018-ci il ərzində Energetika Nazirliyində inzibati xətalar haqqında 107 işə baxılıb.
Nazirlikdən Azvision.az -a bildirilib ki, bunlardan 97-si təbii qazın, 10-u isə elektrik enerjisinin talanması ilə bağlı olub. 86 iş üzrə təqdim edilmiş materiallar düzgün tərtib olunmadığından geri göndərilib.

Energetika Nazirliyi tərəfindən aparılmış yoxlamalar nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə təbii qazın talanması nəticəsində az miqdarda ziyan vurulmasına və təbii qazdan istifadə qaydalarının pozulmasına görə 7 iş üzrə inzibati tənbeh vermə haqqında qərar verilib. Dörd iş üzrə isə inzibati icraata xitam verilməsi haqqında qərar qəbul edilib.

Cari ildə elektrik enerjisinin talanması nəticəsində az miqdarda ziyan vurulmasına və gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin mühafizəsi qaydalarının pozulmasına görə 9 iş üzrə, elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə isə 1 iş üzrə inzibati tənbeh vermə haqqında qərar qəbul olunub.

Azvision.az


Teqlər: Energetika-Nazirliyi  





Xəbər lenti