Silah istehsalı ilə bağlı sifarişlər yüz faiz yerinə yetirilib

Silah istehsalı ilə bağlı sifarişlər yüz faiz yerinə yetirilib
  25 Dekabr 2018    Oxunub:1485
Müdafiə Sənayesi Nazirliyində (MSN) 2018-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə dair müşavirə keçirilib.
Azvision.az xəbər verir ki, müdafiə sənayesi nazirinin müavini Yəhya Musayevin sədrliyi ilə keçirilən iclasda nazirliyin birlik və müəssisələrinin 2018-ci il üzrə fəaliyyətlərinin yekunları və qarşıda duran məsələlər müzakirə edilib.

Bildirilib ki, 2018-ci ildə MSN-in müəssisələrində müdafiə təyinatlı məmulatların istehsalı ilə bağlı verilmiş sifarişlər yüz faiz yerinə yetirilib və respublikanın güc strukturlarına təhvil verilib. Eləcə də 2017-ci ildən qalan sifarişlərin icrası tam təmin olunub.

Müşavirədə müdafiə təyinatlı məmulatların yaradılması və istehsalı ilə bağlı 2019-cu ildə qarşıda duran məsələlərə dair geniş müzakirələr aparılıb.

Azvision.az


Teqlər: MSN   Müşavirə  





Xəbər lenti