YAP məmurları bir araya topladı - FOTOLAR

   YAP məmurları bir araya topladı -    FOTOLAR
  24 Dekabr 2018    Oxunub:2822
Bakıda Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə “Möhtəşəm quruculuq. Dünən, bu gün, sabah” mövzusunda konfrans keçirilir.
Azvision.az xəbər verir ki, konfransda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, Yeni Azərbaycan Partiyasının üzvləri, ictimaiyyət nümayəndələri iştirak edirlər.

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov çıxışında bildirib ki, ulu öndər Heydərn Əliyevin müəyyənləşdirdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan bütün sahələrdə inkişaf edir:

"15 il ərzində Azərbaycanda böyük quruculuq işləri aparılıb. Ölkəmizin siması əsaslı dərəcədə dəyişib. Bakı şəhərinin əsaslı surətdə yenilənməsi buna bariz nümunədir. Lakin bu təkcə Bakı şəhəri ilə yekunlaşmır Bütün bölgələrimizdə proses gedir. Bu əhəmiyyətli dəyişikliklərin müəllifi isə Prezident İlham Əliyevdir. Dövlətimizin başçısı bütün sahələrdə quruculuq işləri aparır".

Tədbirin Prezident İlham Əliyevin doğum gününə təsadüf etdiyini qeyd edən Ə.Əhmədov partiya üzvləri adından dövlətimizin başçısını təbrik edib.































Elvin Abdulqədirov
FOTO: Şahin Sərdarov

Azvision.az


Teqlər: YAP  





Xəbər lenti