Azay Quliyev "Guardian"-ı "fake news" istehsalçısı adlandırdı

Azay Quliyev "Guardian"-ı "fake news" istehsalçısı adlandırdı
  24 Dekabr 2018    Oxunub:4433
"Təəsüf ki, İngiltərənin "Guardian" qəzeti bütün həqiqətləri təhrif edən "fake news" istehsalçısına çevrilib. Bü günlərdə qəzetin prezident İlham Əliyevin ailəsi haqqında çap etdiyi yalan və böhtan dolu məqaləsi bunun bariz sübutudur"
Azvision.az xəbər verir ki, bu sözləri QHT Şurasının sədri, millət vəkili Azay Quliyev "Tvitter" hesabında yazıb.

Millət vəkili hesab edir ki, heç kim saxta xəbər və qarayaxmadan sığortalanmayıb: "Heç kim "fake news"un hücumlarından sığortalanmayıb və biz hamımız gözləmədən belə bir saxta məlumat yayanlar və ictimaiyyəti çaşdırmağa cəhd edənlər barədə danışmalı və belələrinə qarşı mübarizə aparmalıyıq", - deyə Azay Quliyev çağırış edib.



Azvision.az



Teqlər: Azay-Quliyev  





Xəbər lenti