Səfirlikdən Rumıniyada oxumaq istəyənlərə müraciət

Səfirlikdən Rumıniyada oxumaq istəyənlərə müraciət
  20 Dekabr 2018    Oxunub:1757
Rumıniyanın Azərbaycandakı səfirliyi xarici vətəndaşlar üçün Rumıniyanın Xarici İşlər Nazirliyi (XİN) vasitəsilə Rumıniya Dövləti tərəfindən təqdim edilən 2019-2020 Təqaüd Proqramının başlandığını elan edir.
Səfirlikdən Azvision.az -a verilən məlumata görə, maraqlanan müraciətçilər aşağıdakı sənədlərdən ibarət qovluq təqdim etməlidirlər:

- Rumıniyada Təqaüd Proqramı üzrə XİN-nin ərizə forması, düzgün doldurulmuş olmalıdır (Əlavə 1);
- Rumıniyada təhsil almaq üçün qəbul Məktubuna dair Rumıniya Milli Təhsil Nazirliyinin ərizə forması (Əlavə 2);
- Əldə edilmiş təhsil diplomlarının (attestat və ya onun ekvivalenti + bakalavr, magistr və doktor dərəcələri, əgər varsa) notariusla təsdiq edilmiş nüsxələri və onların ingilis dilində notariusla təsdiq edilmiş tərcüməsi;
- Aspirantura təhsili ilə bağlı attestasiya vərəqlərinin (diploma əlavələrin) notariusla təsdiq edilmiş nüsxələri və onların notariusla təsdiq edilmiş tərcüməsi;
- Doğum haqqında şəhadətnamənin notariusla təsdiq edilmiş nüsxəsi və ingilis dilində notariusla təsdiq edilmiş tərcüməsi;
- Pasportun ilk 3 səhifəsinin nüsxəsi;
- Təhsilə cəlb edilən şəxsin tələb olunan tədqiqatlara uyğun olmayan yoluxucu xəstəliklərə və ya digər bu kimi vəziyyətlərə malik olmadığını sübut edən tibbi arayış;
- Ərizəçinin ingilis dilində CV-si (Curriculum Vitae);
- Ən son fotoşəkil - 2 ədəd, pasport formatında.

Proqram və Metodologiya, eləcə də müvafiq Əlavələr üçün əlavə məlumatlar əldə etmək üçün, xahiş edirik, bu linkə daxil olun: https://www.mae.ro/en/node/10251
Qeyd olunub ki, ərizə sənədlərinin Rumıniyanın Bakıdakı Səfirliyinə təqdim etmək üçün ən son tarix 2019-ci il 31 yanvar tarixidir.

Azvision.az


Teqlər: Rumıniya  





Xəbər lenti