Azərbaycan operasının 110 illiyi Parisdə qeyd olunub - Fotolar

Azərbaycan operasının 110 illiyi Parisdə qeyd olunub -    Fotolar
  20 Dekabr 2018    Oxunub:3466
Fransada Azərbaycanın Dostları Assosiasiyasının təşkilatçılığı ilə Parisin mərkəzində yerləşən tarixi San-Jermən-Lokserua (Saint-Germain-l’Auxerrois) kilsəsində Azərbaycan operasının yaradılmasının 110 illiyinə həsr edilmiş konsert təşkil edilib.
Azərbaycanın Dostları Assosiyasiyasının mətbuat xidmətindən Azvision.az -a verilən xəbərə görə, tədbirdə Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, Fransada Azərbaycanın Dostları Assosiasiyasının Prezidenti Jan-Fransua Mansel, UNESCO-nun xoşməramlı səfiri Hedva Ser Parisin 1-ci rayonunun merinin müavini Karla Ariqoni, fransalı jurnalistlər, mədəniyyət və incəsənət xadimləri və ADA- nın digər üzvləri iştirak ediblər.



Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev qonaqlara müsəlman şərqində ilk opera olan Azərbaycan operasının yaranması tarixi, 100 il bundan əvvəl müsəlman şərqində ilk parlament olan Azərbaycan Demokratik Cumhuriyyəti tərəfindən əsası qoyulmuş parlamenti və bu parlament tərəfindən müsəlman şərqində ilk dəfə olaraq Azərbaycanda qadınlara səsvermə hüququnun verilməsi haqqında ətraflı məlumat verərək Azərbaycanın Dostları Assosiyasiyasına belə bir mühim tarixin qeyd ediməsini alqışladığını bildirdi.



Fransada Azərbaycanın Dostları Assosiasiyasının ADA Prezidenti Jan-Fransua Mansel assosiyasiyanın həyata keçirdiyi layihələr və bu layihər sayəsində ölkə mədəniyyətinin Fransada təbliğindəki rolundan söz acdı. Azərbaycan operasının zənginliyi orijinallığı ilə seçildiyini və Bakıda yerləşən opera binasının Azərbaycanın mədəniyyət sahəsinə ayırdığı diqqətini əks etdirdiyini bildirib. Jan-Fransua Mansel müsəlman şərqində ilk operanın beşiyi olan Azərbaycanın bu gün də regionda həm inkişafı baxımından, həm də proqressiv ideyaları ilə öz qabaqcıllığını əlində saxladığını vurğulayıb.



Konsertdə Səidə Zülfüqarovanın (piano), Regina Rustamovanın mezza-soprano), Timur Abdikiyev (bas), İrina Kopilova (soprano), ifasında Azərbaycanın opera musiqiləri böyük maraqla qarşılanıb. Konsert zamanı unudulmaz bəstəkarlarımız Üzeyir Hacıbəylinin Arşın Man Alan filmindən Gülçöhrənin ariyası, Niyazinin Arzu melodiyası Fikrət Əmirovun Sevil Operasından Sevilin Ariyası və digər musiqilərimiz səsləndirilib.









Azvision.az


Teqlər: Azərbaycanın-Dostları-Assosiyasiyası   Paris  





Xəbər lenti