Bir həftədə 161 əcnəbi saxlanılıb - VİDEO

   Bir həftədə 161 əcnəbi saxlanılıb -    VİDEO
  19 Dekabr 2018    Oxunub:1622
Son həftə ərzində Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 161 nəfər əcnəbi saxlanılıb.
DMX-dan Azvision.az -a verilən xəbərə görə, onlardan 3 nəfəri Daxili İşlər Nazirliyi ilə keçirilmiş tədbirlər zamanı aşkar olunub. Saxlanılmış 4 nəfərin gəlişinin bəyan edilmiş məqsədinə uyğun olmayan fəaliyyət göstərməsi, digər 157 nəfərin isə ölkə ərazisində qanunsuz yaşadıqları müəyyən edilib.



Miqrasiya qanunvericiliyini pozan 144 nəfər barəsində inzibati qərarlar qəbul edilib, digər 17 miqrantın Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür. Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində tədbirlər davam etdirilir.




Azvision.az


Teqlər: DMX   Əcnəbi  





Xəbər lenti