Ramil Usubovun təyin etdiyi yeni rəis kimdir?

Ramil Usubovun təyin etdiyi yeni rəis kimdir?
  19 Dekabr 2018    Oxunub:21694
Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsinin rəis müavini, polis mayoru Rza Əliyev vəzifəsindən azad olunub.
Azvision.az xəbər verir ki, daxili işlər naziri Ramil Usubovun müvafiq əmri ilə Rza Əliyev Xətai rayon Polis idarəsinin 36-cı polis bölməsinin rəisi təyin edilib.

Qeyd edək ki, Rza Əliyev ədliyyə nazirinin müavini, general-leytenant Məhərrəm Əliyevin və deputat Adil Əliyevin bacısı oğlu, Daxili İşlər Nazirliyi katibliyinin rəisi, polis general-mayoru Səfər Əliyevin isə qardaşı oğludur.

İlkin Nəcəfzadə
Azvision.az



Teqlər: DİN   Rəis  





Xəbər lenti