“İndi biz Amerikadan o tərəfə keçməyəcəyik ki?” - YAP rəsmisi
Onun sözlərinə görə, vaxtilə idmana, əyləncəyə və təhsilə vaxt ayrılırdı: “Uşaq hərtərəfli inkişaf edirdi. Az qala, Cənubi Koreyanı keçmişik. Uşaq səhər saat 8-dən axşam saat 10- qədər ancaq təhsil almaqla məşğuldur. Cənubi Koreyada bu 12-13 saat çəkir. Düşünürəm ki, burada hansısa sadələşdirmə üsulu tətbiq etməliyik. Valideynlər repetitorlar tutur. Elə valideyn var ki, bu gün nəinki repetitor tutur, hətta “çantadaşıyan” da tutur. Çantaların çəkisi 12 kiloqrama çatır. 2-5-ci siniflərdə oxuyan uşaqlar onu özləri apara bilmirlər. Bununla bağlı hansısa qərar qəbul etmək lazımdır. Həmişə bu məsələ ciddi şəkildə müzakirə olunur”.
Komitə sədri həmkarlarının yeni məktəblərin tikilməsi ilə bağlı fikirlərini dəstəkləyib: “Amma bu məktəblər harada tikilməlidir? Elə rayonlar var ki, 153 məktəbi var. Onun 50-sində 3 uşaq oxuyur. Ancaq həmin məktəblərin direktoru, müəllimləri və digər texniki işçiləri var. Bunun dünyada tətbiq forması var. Beş kəndin uşaqlarını yığıb avtobusla mərkəzə gətrimək olar. İndi biz Amerikadan o tərəfə keçməyəcəyik ki? İnkişaf etmiş dövlətlərdə də bu var. Belə etsək, nə qədər vəsaitə qənaət etmiş olarıq”.
Anar Kəlbiyev
Azvision.az
Teqlər: Milli-Məclis Siyavuş-Novruzov