Tahir Kərimli yenidən himndən danışdı: “Aranjiman olunacaq”

 Tahir Kərimli yenidən himndən danışdı:  “Aranjiman olunacaq”
  18 Dekabr 2018    Oxunub:3731
“Himnlə bağlı müzakirələr mənim əleyhimə yönəldi, amma cəmiyyətimizə xeyirli oldu. Himnin mahiyyəti barədə daha çox məlumatlar əldə edildi. Hazırda məlumat almışam ki, himn beynəlxalq səviyyədə yenidən aranjiman olunacaq”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Tahir Kərimli deyib. O bildirib ki, Dağlıq Qarabağı işğaldan azad etməyi istəyən bir millətin himni daha əzəmətəli və keyfiyyətli olmalıdır.

Qeyd edək ki, Tahir Kərimli bundan əvvəl çıxışlarının birində himnin həcminin azaldılmasını təklif etmişdi. Onun təklifi birmənalı qarşılanmamış, etirazlara səbəb olmuşdu.

Anar Kəlbiyev
Azvision.az




Teqlər: Tahir-Kərimli   Himn  





Xəbər lenti