Parlamentdə Nərmin Şahmarzadə ilə bağlı müzakirə

 Parlamentdə Nərmin Şahmarzadə ilə bağlı müzakirə
  18 Dekabr 2018    Oxunub:5129
Milli Məclisdə özünü psixoloq kimi təqdim edən Nərmin Şahmarzadənin Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovla bağlı səsləndiriyi fikirlərə münasibət bildirilib.

Azvision.az -ın məlumatına görə, spiker Oqtay Əsədov deyib ki, Mübariz İbrahimov barədə deyilən məsələ ətrafında müzakirələri izləyib.
Onun sözlərinə görə, xalqın sosial şəbəkələrdə bu məsələyə hansı diqqəti göstərdiyi aydın görünür: “İnsanlar Milli Qəhrəmana olan münasibətlərini ortaya qoydular. Belə cılız məsələləri Milli Məclis səviyyəsində qaldırmaq, müzakirə etmək düzgün deyil. Bunun əleyhinəyəm. Bu insan heç universitet də bitirməyib, onun psixoloq olmasına hələ illər lazımdır. Belə olan halda, nəyə görə onun haqqında müzakirə açmalıyıq? O xanımın cavabını xalq verdi, ona görə də xahiş edirəm, bu məsələnin üzərində çox dayanmayaq”.

Deputat Fəzail Ağamalı və Fəzail İbrahimli isə Nərmin Şahmarzadənin fikirləri barədə sərt çıxış ediblər. Onlar Milli Qəhrəman haqqında belə aşağılayıcı sözlərin işlədilməsini pisləyiblər.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Milli-Məclis  





Xəbər lenti