“Tıxaclara görə minlərlə insan yollarda qalır” - Deputat

 “Tıxaclara görə minlərlə insan yollarda qalır” -  Deputat
  18 Dekabr 2018    Oxunub:2536
“Bakıda tıxac ciddi narahatlıq yaradır. Biz bunu niyə həll etmirik?”
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fazil Mustafa deyib.

Deputat qeyd edib ki, tıxaclara görə minlərlə insan yollarda qalır, işə gecikir: “Nəqliyyatın İntellektual İdarə edilməsi ilə bağlı fikirləri tez-tez eşidirik. Nəqliyyat idarə olunur, amma intellekti görmürük. Tıxacı yaradan əsasən avtobuslardır, bütün yolu tuturlar. Azca yağış yağan kimi hərəkət iflic olur. Əgər mütəxəssis yoxdursa, xaricdən gətirək”.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Milli-Məclis  





Xəbər lenti