2826 nəfər daimi yaşamaq üçün Azərbaycana gəlib

   2826 nəfər daimi yaşamaq üçün Azərbaycana gəlib
  18 Dekabr 2018    Oxunub:2857
Bu ilin yanvar-oktyabr ayları ərzində 2826 nəfər daimi yaşamaq üçün Azərbaycana gəlib.
Bu barədə Azvision.az -a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 2826 nəfər gələn, Azərbaycandan isə 1360 nəfər gedən qeydə alınıb, ölkə üzrə miqrasiya saldosu müsbət 1466 nəfər təşkil edib.

Azvision.az



Teqlər: Statistika   Komitə  





Xəbər lenti