10 ayda 2236 əkiz, 96 üçəm dünyaya gəlib

   10 ayda 2236 əkiz, 96 üçəm dünyaya gəlib
  17 Dekabr 2018    Oxunub:2037
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-oktyabr aylarında 116365 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 14,2 təşkil edib.
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, körpələrin 53,3 faizi oğlan, 46,7 faizi isə qız uşaqlarıdır. Doğulan körpələrdən əkizlərin sayı 2236, üçəmlərin sayı isə 96 olub.

Qeyd edək ki, ilin əvvəlindən Azərbaycan əhalisinin sayı 69 min 645 nəfər artaraq noyabr ayının 1-i vəziyyətinə 9 milyon 967 min 730 nəfərə çatıb.

Azvision.az



Teqlər: Statistika  





Xəbər lenti