Astarada 3 balıqçı xilas edildi - Yenilənib

 Astarada 3 balıqçı xilas edildi -  Yenilənib
  16 Dekabr 2018    Oxunub:5307
Astara rayonunun Şahağac kəndi yaxınlığında dənizdə (təxminən 13 km dənizin içinə doğru) taxta qayıqda köməksiz vəziyyətdə qalmış 3 nəfər Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfindən həyata keçirilən birgə tədbirlər nəticəsində xilas olunub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, xilas olunan şəxslər gəmi ilə sahilə gətirilib.

***
Astara rayonunun Şahağac kəndi yaxınlığında dənizdə taxta qayıqda köməksiz vəziyyətdə qalmış 3 balıqçı xilas olunub.

Azvision.az FHN-ə istinadən xəbər verir ki, balıqçıların olduğu qayıq hazırda Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfindən yedəyə alınaraq sahilə gətirilir.​

Azvision.az



Teqlər: FHN  





Xəbər lenti