61 yaşlı səfir - eks nazir

61 yaşlı səfir - eks nazir
  05 Noyabr 2013    Oxunub:1154
Bu gün Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri, keçmiş xarici işlər naziri Vilayət Quliyevin 61 yaşı tamam olub.
Diplomatik fəaliyyəti ilə yanaşı, ədəbiyyatşünas və tənqidçi kimi tanınan Vilayət Quliyev 1952-ci il noyabrın 5-də Ağcabədi rayonunun Ağcabədi qəsəbəsində fəhlə ailəsində anadan olub. Beyləqan rayonundakı Şahsevən orta məktəbini bitirdikdən sonra ADU-nun fılologiya fakültəsində təhsil alıb. (1970-1975).

Eks-nazir üç il orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi işləyib, daha sonra Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun aspirantı olub.

V.Quliyev indiyədək Nizami adına Ədəbiyyat İnstitutunda kiçik elmi işçi (1981-1985), böyük elmi işçi (1985-1987), elmi işlər üzrə müdir müavini, aparıcı elmi işçi (1987-1994) vəzifələrində çalışıb.

Sonrakı illərdə o, Azərbaycan Respublikasının xarici işlər naziri, Azərbaycanın Polşadakı səfiri postlarını tutub.

V.Quliyev 2010-cu ildən etibarən Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiridir.

AzVision.az


Teqlər:  





Xəbər lenti