Bəzi yollarda rənglənmə işləri aparılır

Bəzi yollarda rənglənmə işləri aparılır
  15 Dekabr 2018    Oxunub:1676
Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı şəhəri, Beynəlxalq Avtovağzal Kompleksinin qarşısından Bakı Dairəvi-1 avtomobil yoluna çıxan istiqamətdə, həmçinin Bakı Dairəvi-1 avtomobil yolunun Lökbatan dairəsi istiqamətində üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Azvision.az -a verilən xəbərə görə, bu üzdən sürücülərdən sözügedən istiqamətdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Azvision.az


Teqlər:





Xəbər lenti