"Azərişıq" abonentlər üçün yenilik edib

 "Azərişıq" abonentlər üçün yenilik edib
  15 Dekabr 2018    Oxunub:2459
"Azərişıq" ASC-nin yeni saytının təqdimatı keçirilib.
Azvision.az xəbər verir ki, qurumun saytı əvvəlkinə nisbətən daha interaktivdir.

"Azərişıq" ASC-nin informasiya texnologiyaları departamentinin direktor müavini Emin Əmirov bildirib ki, saytda abunəçilər üçün elektron kabinet yaradılıb: "Bu kabinet vasitəsi ilə onlar elektrik enerjisi istehlakı ilə bağlı bütün məlumatları əldə edə biləcəklər".

ASC rəsmisi saytda qeydiyyatdan keçən abunəçilərin baş verən qəzalar və kəsintilərlə bağlı məlumat ala biləcəyini qeyd edib.

Anar Kəlbiyev
Azvision.az



Teqlər:





Xəbər lenti