Uşaqları əxlaqsızlığa cəlb edən 13 nəfər həbs olunub

  Uşaqları əxlaqsızlığa cəlb edən 13 nəfər həbs olunub
  15 Dekabr 2018    Oxunub:2862
2018- ci ilin yanvar-iyun aylarında yetkinlik yaşına çatmayanlar və ailə münasibətləri əleyhinə 21 cinayət qeydə alınıb. Bu fakt ötən ilin müvafiq dövründə 25 olub.

Bu barədə Azvision.az -ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, bunlardan 20 fakt yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmə, 1 fakt isə yetkinlik yaşına çatmayanları fahişəliyə və əxlaqsız əməllərə cəlb etmə ilə bağlı olub.

Yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə, fahişəliyə və əxlaqsızlığa cəlb edən 13 şəxs cinayət məsuliyyətinə cəlb edilib.

Şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə olan cinayətlərdən 105-i insan alveri ilə bağlı olub. Ümumilikdə isə insan alveri ilə bağlı 2018-ci ilin birinci yarısında 135 cinayət faktı açılıb.

Aytən Zəhra
Azvision.az



Teqlər: Statistika  





Xəbər lenti