Gənc deputatların konfransı davam edir

Gənc deputatların konfransı davam edir
  15 Dekabr 2018    Oxunub:1758
Milli Məclisdə keçirilən Parlamentlərarası İttifaqın Gənc Parlament Üzvlərinin 5-ci Qlobal Konfransı öz işini davam etdirir.
Azvision.az xəbər verir ki, 44 ölkədən 250-yə yaxın nümayəndənin iştirak etdiyi konfransın ikinci günündə dayanıqlılığın təşviqi, gələcək nəsillərin maraqlarının müdafiəsi məsələsi müzakirə olunur.

Konfransın ikinci günündə Azərbaycandan "AzərKosmos" ASC-nin sədr müavini Rövşən Rüstəmov, parlamentin komitə sədrinin müavini Sevinc Fətəliyeva və digərləri çıxış edəcəklər. Konfrans öz işini bu gün yekun sənədlə başa vuracaq.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Milli-Məclis  





Xəbər lenti