Kanadada erməni təxribatı ilə bağlı petisiya yaradıldı

Kanadada erməni təxribatı ilə bağlı petisiya yaradıldı
  15 Dekabr 2018    Oxunub:2649
Kanadanın paytaxtı Torontodakı erməni kilsəsinin və erməni gənclər evinin qarşısında Kanadanın dövlət bayrağı ilə yanaşı, Azərbaycanın işğal olunmuş torpaqlarında qanunsuz yaradılmış qondarma rejimin bayrağının asılması ilə Azərbaycan icması Petisiya yaradıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən Azvision.az -a verilən məlumata görə, 16 diaspor təşkilatını özündə birləşdirən Kanada Azərbaycan Təşkilatları Assambleyası Toronto şəhər bələdiyyəsinə müraciət edərək Kanada hökumətində məsələyə rəsmi baxılması üçün Petisiya açılmasına icazə alıb və bu gündən change.org saytında petisiya aktivləşdirilib

(https://www.change.org/p/assembly-of-canadian-azerbaijani-organizations-stop-a-hateful-incident).

Xatırladaq ki, daha əvvəl Kanada Azərbaycan Təşkilatları Assambleyası və Kanada Azərbaycanlıları İncəsənət Cəmiyyəti Torontonun erməni təxribatı ilə əlaqədar yerli qurumlara etiraz bəyanatları ünvanlayıb. Bəyanatda Azərbaycan icması Kanada kimi bir ölkədə belə ədalətsizliyin baş verə biləcəyinə qəti etirazını bildirərək işğalçı Ermənistanın Silahlı Qüvvələrinin “bayrağı” şəklində narahatçılıq simvolunun endirilməsini xahiş etmişdi.

Azvision.az



Teqlər: Kanada  





Xəbər lenti