Səyahətə çıxanlar üçün hava proqnozu

   Səyahətə çıxanlar üçün hava proqnozu
  14 Dekabr 2018    Oxunub:1996
Böyük və Kiçik Qafqaza səyahət edən insanların nəzərinə çatdırırılır ki, hava şəraitinin əsasən yağmursuz, bəzi yerlərdə dumanlı olacağı gözlənilir. Lakin dekabrın 16-da axşam ayrı-ayrı yerlərdə yağış yağacağı ehtimalı var. Havanın temperaturu dağətəyi rayonlarda 5-10, dağlıq rayonlarda 3-5 dərəcə isti təşkil edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azvision.az -a verilən məlumata görə, Lənkəran-Astara bölgəsinə üz tutanların nəzərinə çatdırılır ki, əsasən hava şəraitinin yağmursuz keçəcəyi, lakin dekabrın 16-sı gündüzdən bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Şərq küləyi üstünlük təşkil edəcək. Havanın maksimal temperaturu 8-12, dağlıq rayonlarda 6-9 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər saatlarında ayrı-ayrı yerlərdə duman müşahidə olunacaq. Havanın maksimal temperaturu 8-13 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman müşahidə olunacaq. Zəif şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 6-11 dərəcə isti təşkil edəcək.

Paytaxt qonaqlarının nəzərinə çatdırılır ki, hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, dekabrın 15-i gündüz, dekabrın 16-da əsasən yağmursuz keçəcəyi gözlənilir. Dekabrın 16-sı gündüz mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın maksimal temperaturu 9-12 dərəcə isti təşkil edəcək.

Azvision.az


Teqlər: Hava   ETSN  





Xəbər lenti