“Gələn il irəliləyiş əldə etməliyik...” - Məmmədyarov

 “Gələn il irəliləyiş əldə etməliyik...”  -  Məmmədyarov
  14 Dekabr 2018    Oxunub:1563
"Regional əməkdaşlıq üçün, xüsusilə də QDİƏT məkanında, ən böyük maneələr həll olunmamış münaqişələrdir. Azərbaycan və Ermənistan üçün bu Dağlıq Qarabağ münaqişəsidir"
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov QDİƏT üzv dövlətlərinin Xarici İşlər Nazirləri Şurasının 39-cu iclasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, Azərbaycan torpaqlarının hərbi işğalı həll yolu deyildir və heç vaxt Ermənistanın istədiyi siyasi nəticəni verməyəcəkdir.

"Azərbaycanın əsas mövqeyi QDİƏT nizamnaməsində də təsdiq edilən beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə də dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyinə və ərazi bütövlüyünə əsaslanır. Hələ də davam edən işğalçılıq və özünü təcrid siyasəti Ermənistanı həmçinin regionda iqtisadi artım və ticarət potensialından məhrum edir. Bu, həmçinin bir-birimizin suverenliyinə və ərazi bütövlüyünə tam hörmət etməklə ümumi regional ticarət qurmaq səylərimizə xələl gətirir.

Biz ümid edirik ki, bu ölkənin xalqının mandatına əsasən Ermənistanda yeni bir hökumət formalaşdıqda, gələn il irəliləyiş əldə etməliyik və bölgəyə sülh, sabitlik və tərəqqi gətirmək üçün yaxşı imkan yaratmalıyıq".

Azvision.az




Teqlər:





Xəbər lenti