XİN-dən Avropa Parlamentinin qətnaməsinə münasibət

   XİN-dən Avropa Parlamentinin qətnaməsinə münasibət
  14 Dekabr 2018    Oxunub:2461
Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Avropa Parlamentinin dekabrın 12-də qəbul etdiyi "Xarici fəaliyyət və təhlükəsizlik siyasəti" adlı qətnaməyə münasibət bildirib.
Azvision.az -ın məlumatına görə, nazir müavini vurğulayıb ki, bu qətnamə ilə münaqişələrin həlli istiqamətində heç bir fərqlilik olmamalıdır:

"Əvvəllər qətnamələr qəbul olunanda qeyd edilirdi ki, Ukrayna, Gürcüstan, Moldovadakı münaqişələr beynəlxalq prinsiplər əsasında həll edilməlidir. Azərbaycana çatanda deyirdilər ki, ATƏT-in Minsk qrupu var və o, həll eləsin".

XİN rəsmisinin sözlərinə görə, o zaman münaqişənin hansı norma və prinsiplər əsasında həllinə dair referens yox idi: "Avropa Parlamentinin qəbul etdiyi qətnamədə artıq qeyd olunur ki, 4 ölkənin ərazi bütövlüyünü tanıyır və fərq qoyulmadan bu ölkələrdə olan münaqişələr eyni prinsiplər ilə həll olunsun".

M.Məmmədquliyev, həmçinin qeyd edib ki, QDİƏT-ə üzv ölkələrdə mövcud olan münaqişələr sanki bir sədd yaradır və ölkələr arasında tam iqtisadi əməkdaşlığın qurulmasına mane olur: "Biz QDİƏT çərçivəsində siyasi məsələləri həll etmirik. Bu, iqtisadi qurumdur. Məhz buna görə Ermənistanın iclasda iştirak edən nümayəndəsi ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə etməmişik".

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: XİN  





Xəbər lenti