ABŞ-da fövqəladə vəziyyət

ABŞ-da fövqəladə vəziyyət
  07 Mart 2013    Oxunub:1476
Elektrik xəttləri sıradan çıxdığından 123 min ev işıqsız qalıb
ABŞ-ın Virciniya ştatında güclü qar səbəbindən fövqəladə vəziyyət elan olunub. Elektrik xətləri sıradan çıxdığından 123 min ev işıqsız qalıb. Nəqliyyatın hərəkəti iflic olub. Vaşinqtonda isə qar çovğunu səbəbindən dövlət müəssisələri bağlanıb. Bir sıra ictimai tədbirlər təxirə salınıb. Məhkəmə və təhsil müəssisələri işləmir. Ölkənin şərq sahilində 200-ə yaxın aviareys təxirə salınıb. Sinoptiklər isə qarın daha da güclənəcəyini proqnozlaşdırır.


Teqlər:  





Xəbər lenti