Ermənistan rəsmisi Azərbaycana gəldi - FOTO

  Ermənistan rəsmisi Azərbaycana gəldi -  FOTO
  14 Dekabr 2018    Oxunub:7049
Ermənistan Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının iclasında təmsil olunur.

Azvision.az xəbər verir ki, bu ölkənin Xarici İşlər Nazirliyinin Çoxtərəfli və İkitərəfli İqtisadi Əməkdaşlıq Departamentinin rəisi Aşot Koçaryan iclasda iştirak etmək üçün Bakıya gəlib.
Qeyd edək ki, Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu iclası işə başlayıb. Toplantıya Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sədrlik edir. İclasda təşkilata üzv ölkələrin yüksək səviyyəli rəsmilərinin rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak edirlər.

Azvision.az


Teqlər: QDİƏT   Bakı  





Xəbər lenti