“Münaqişənin həlli ilə bağlı Rusiyanın səylərinə ümid edirik” - Prezident

 “Münaqişənin həlli ilə bağlı Rusiyanın səylərinə ümid edirik” -    Prezident
  14 Dekabr 2018    Oxunub:2681
"Ümid edirik ki, 2019-cu il nizamlanma prosesinə yeni impuls verəcək. Əlbəttə ki, münaqişənin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi Rusiyanın səylərinə ümid edirik"
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşündə deyib.

"Biz bir çox sahələrdə qarşılıqlı fəaliyyət göstəririk. Mən, həmçinin Şimal-Cənub dəhlizinin yaradılması ilə bağlı bizim fəaliyyətimizin nəticələrini məmnunluqla qeyd etmək istərdim. Biz bu istiqamətdə fəal qarşılıqlı fəaliyyət göstəririk. Müvafiq strukturlar, nəqliyyat qurumları çox məhsuldar işləyirlər. Biz bu il artıq yaxşı nəticələri görürük. Biz digər tərəfdaşlarımızla, qonşularımızla bu layihəni mümkün qədər tez başa çatdırmaq üçün birgə səylərimizi davam etdirəcəyik", - deyə ölkə başçısı çıxışında vurğulayıb.

Azvision.az



Teqlər: İlham-Əliyev   Rusiya   Qarabağ   Lavrov  





Xəbər lenti