Ankarada ölənlər arasında azərbaycanlı var? - Açıqlama

  Ankarada ölənlər arasında azərbaycanlı var? -    Açıqlama
  13 Dekabr 2018    Oxunub:2620
Türkiyənin paytaxtı Ankarada baş verən qatar qəzasında ölən və yaralanan şəxslər arasında Azərbaycan vətəndaşlarının olub-olmaması barədə səfirliyə məlumat daxil olmayıb.
Bu barədə Azvision.az -a Azərbaycanın Ankaradakı səfirliyindən məlumat verilib. Bildirilib ki, məsələ diqqətdə saxlanılır.

Qeyd edək ki, Ankara-Konya marşrutu üzrə hərəkət edən sürət qatarı qəzaya düşüb. Qəza Yeniməhəllə rayonunun Marşandiz stansiyasında qeydə alınıb. Hadisə nəticəsində iki vaqon relsdən çıxaraq aşıb. Qəza zamanı 9 nəfər ölüb, 47 nəfər yaralanıb.

Aytən Zəhra
Azvision.az



Teqlər: Səfirlik   Qəza   Ankara  





Xəbər lenti