Akif Nağı ermənilərlə görüşün əleyhinə çıxdı

Akif Nağı ermənilərlə görüşün əleyhinə çıxdı
  04 Noyabr 2013    Oxunub:1061
“Qarabağın erməni icması ilə nə icmalar, nə də ziyalılar səviyyəsində görüşlər bizə lazım deyil”
Bu fikirləri AzVision.az-a açıqlamasında Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı bildirib. Təşkilat sədri Dağlıq Qarabağın Azərbaycanlı icmasının ermənilərlə görüş istəməsinə etiraz edib.

“Dağlıq Qarabağın Azərbaycanlı icmasının rəhbəri də, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da, Rövşən Rzayev də belə təkliflər səsləndirirlər. Əslində isə çox mənasız prosesdir. Biz xalq diplomatiyasının əleyhinə deyilik. Müxtəlif dövrlərdə müharibənin nəticələrini, düşmənliyi aradan qaldırmaq üçün bu üsula əl atılıb. Amma indi biz Ermənistanla müharibə şəraitində yaşayırıq. Biz onlarla xalq diplomatiyasına başlasaq, deməli işğal altında olan torpaqların unutdurulmasına xidmət etmiş olacağıq”.

A.Nağı vurğulayıb ki, nəticə etibarilə bu addım Ermənistanın maraqlarına xidmət etmiş olacaq:

“Əgər bizdən kimsə bu addımı atırsa, deməli ermənilərin maraqlarına xidmət edir. Bunun başqa adı yoxdur. Heç kim buna sülhpərvərlik adı verməsin. Mən buna inanmıram. Heç özləri də bu təşəbbüslərinin nəticə verəcəyinə inanmırlar. Sadəcə müəyyən mərkəzlər onlara sifariş verir, yaxud da grand layihələri vasitəsilə gedirlər. Biz tərəfdən kökündə heç bir ciddi məsələ dayanmasa da ermənilər buna ciddi yanaşır. Çünki onlar maraqldır ki, işğal faktı unutdurulsun. Ona görə də hesab edirəm ki, kim bu məsələdə iştirtak edirsə Azərbaycanın maraqlarına xidmət etmir və bu hərəkətinin üzərində ciddi şəkildə düşünməlidir”.

QAT sədri hesab edir ki, xalq diplomatiyasına yalnız torpaqlar işğaldan azad edildikdən sonra müraciət etmək olar.

“Biz istəyirik ki, bu, müharibə yolu ilə geri qayıtsın, amma iddia edirlər ki, sülh yolu ilə mümkündür. Bir sözlə, yalnız toprmaqlarımız geri qayıdandan sonra xalq diplomatiyası üsuluna əl atmaq olar”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti