Parisdə Heydər Əliyevin xatirəsi yad edilib
Diqqətə çatdırılıb ki, ölkəmizin sosial böhrandan iflic vəziyyətə düşdüyü, xaos, vətəndaş müharibəsi ilə üzləşdiyi, xarici təcavüzə məruz qaldığı 1993- 1994-cü illərdə Heydər Əliyev şəxsiyyətinin, eləcə də siyasi görüşlərinin böyüklüyü aydın şəkildə özünü göstərib. O, ölkəmizi belə çətin bir vəziyyətdən çıxarmağa nail olub. “Bu gün iqtisadi və sosial böhranlarla üzləşən bəzi böyük dövlətlər Ulu Öndərin böhranların idarə edilməsi sahəsindəki təcrübəsindən bəhrələnməlidir”, - deyə R. Mustafayev vurğulayıb. Diplomat qeyd edib ki, məhz həmin çətin illərdə Ümummilli Lider müasir Azərbaycan dövlətinin müstəqilliyini möhkəmləndirməyə, iqtisadi inkişafa, mürəkkəb geosiyasi məkanda yerləşən ölkəmizin sabitliyinin bərpasına nail olub. Fəal xarici siyasəti sayəsində Heydər Əliyev Azərbaycanı nüfuzlu regional aktora və Avropanın enerji təhlükəsizliyini təmin edən ölkəyə çevirib.
Ölkəmizdə dərin böhranın yaşandığı 1993-1994-cü illərdə Heydər Əliyev Azərbaycanın müstəqil dövlət ideologiyasının təməlini qoyub. Həmçinin ölkəmizin bütün dünya dövlətləri ilə balanslaşdırılmış münasibətlər qurmasından bəhs edilib. Anım mərasimində səfir Anar Kərimov, mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, millət vəkili Sabir Hacıyev, əslən azərbaycanlı olan fransız aktyor Robert Hossein, Azərbaycanın Dostları Assosiasiyasının sədri Jan-Fransua Mansel, eləcə də səfirliyimizin və daimi nümayəndəliyimizin əməkdaşları, Parisdə yaşayan və təhsil alan azərbaycanlılar iştirak ediblər.
Sonra Fransanın Alfred Cortot adına ali musiqi məktəbinin tələbələri Vurğun Vəkilov (piano) və Ağarəhim Quliyev (fleytaçı) klassik musiqi ifa ediblər. Gənc musiqiçilərin ifasında Ümummilli Liderin çox sevdiyi “Küçələrə su səpmişəm” xalq mahnısını da səslənib.
Azvision.az
Teqlər: Paris Heydər-Əliyev