Azərbaycanın Gənc Avropa Səfirləri təlim keçirib

  10 Dekabr 2018    Oxunub : 1251
Azərbaycanın Gənc Avropa Səfirləri təlim keçirib
10 dekabr – Dünya İnsan Haqları günü münasibətilə, Azərbaycanın Gənc Avropa Səfirləri, “Stereotipləri Dağıt” adlı seminar keçirib.
Layihənin əsas məqsədi gənclər arasında fiziki məhdudiyyətli insanların hüquqları haqqında məlumtlandırmanı artırmaq və onlara qarşı formalaşmış stereotipləri dağıtmaqdır.
“İnanıram ki, bu təlim gənclərin əlillik və onun tipləri haqqında, eləcə də, əlilliyi olan insanlara qarşı formalaşmış stiqmalardan istifadə etməmək və onlara qarşı düzgün etik davranışlar haqqında biliklərini artırmaqda faydalı olub. Ümid edirəm ki, təlimdə iştirak etmiş gənclər bizim çatdırmaq istədiyimiz mesajı öz dostları ilə də paylaşacaq”, Azərbaycanın Gənc Avropa Səfiri və layihə rəhbəri Türkan Məmmədli deyib.

Seminar təcrübəli sosial işçi Sənubər Heydərova və gənc activist Samir Panəliyev tərəfindən keçirilib.

Bu tədbir 10 dekabr – Dünya İnsan Haqları gününün 70-ci ildönümü münasibətilə keçirilib və stereotiplərin olmadığı inkluziv cəmiyyət ideyasını daha da genişləndirmək məqsədi daşıyır.

Gənc Avropa Səfirləri təşəbbüsü Avropa İttifaqına üzv ölkələr və Şərq Tərəfdaşlığı ölkələrindən olan (Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukrayna) gənclər və gənclər təşkilatları arasında əməkdaşlığı və qarşılıqlı əlaqələri gücləndirmək məqsədi daşıyır.

Gənc Avropa Səfirləri şəbəkəsi Aİ ilə bağlı qarşılıqlı ideya və informasiya mübadiləsini asanlaşdıran bir onlayn platforma olmaqla yanaşı, gənclərin öz fəaliyyət imkanlarını daha da genişləndirməyə təşviq edir. Bu təşəbbüs Aİ haqqında daha dərin bilgi əldə etməyə və onun Şərq Tərəfdaşlığı ölkələri ilə münasibətləri ətraflı öyrənməyə töhvə verəcək insanlarası əlaqə və dialoqyönümlü fəaliyyətlərə əsaslanır.

Teqlər: